Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə Brüsseldə keçiriləcək oyunun iştirak ərizə ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, Bəhlul Mustafazadə (“Qarabağ”) və Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland) diskvalifikasiyaya görə oyunu buraxacaq. Həmçinin, Səbuhi Abdullazadə (“Sumqayıt”) və Emil Səfərov (“Qəbələ”) oyunun iştirak ərizəsində yer almayıb.
İtaliyalı mütəxəssis Belçika ilə görüşdə aşağıdakı futbolçuların xidmətindən istifadə edə biləcək:
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Yusif İmanov, Rəşad Əzizli;
Müdafiəçilər: Amin Seydiyev, Anton Krivotsyuk, Cəlal Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Toral Bayramov, Höccət Haqverdi, Qismət Əliyev, Turan Manafov;
Yarımmüdafiəçilər: Aleksey İsaev, Elvin Camalov, Coşqun Diniyev, Eddi İsrafilov, Emin Mahmudov;
Hücumçular: Musa Qurbanlı, Mahir Emreli, Ozancan Kökçü, Rüstəm Əhmədzadə, Renat Dadaşov, Nəriman Axundzadə.
Belçika - Azərbaycan oyunu bu gün Brüsseldə, “Rua Boduen” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.