Nermin Başiç: “Bunlar bizi qorxutmur”
26.07.2023 - 22:06
Nermin Başiç: “Bunlar bizi qorxutmur”

“Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. “Neftçi” ölkəsində 9 dəfə çempion olub”

Apasport.az saytı xəbər verir ki, bunu “Jelenizniçar”ın baş məşqçisi Nermin Başiç deyib.

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”ni qəbul edəcək “Jelezniçar”ın çalışdırıcısı rəqib komandanı qiymətləndirib. O, “ağ-qaralar”heyəti barədə danışıb: “Rəqib komandaya yeni baş məşqçi gəlib. Mutu hamıya tanış addır və onun haqqında məlumat toplamışam. O, hücumameylli futbol oynatmağı sevir. “Neftçi”nin texnikalı futbolçuları var və onların çoxu milli komandada çıxış edir. Amma bunlar bizi qorxutmur. Azarkeşlərə sonadək mübarizə aracağımızı söz verirəm”.

Nermin Başıç öz komandası barədə də danışıb. Gənc mütəxəssis heyətdə bəzi problemləır olduğunu etiraf edib: “Heyətlə bağlı çətinliklər var. Semir Stiliçin meydana çıxacağı sual altındadır. Emir Kokaliç Hamza Qasal, Edin Rüstəmoviçin “Neftçi”yə qarşı oynaya biləcəkləri məlumatını almışam. Problemlər haqqında danışmaq istəmirəm. Biz meydana uğur qazanmaq üçün çıxacağıq”.

Qeyed edək ki, “Jelezniçar” – “Neftçi” matçı sabah “Qrbaviça” stadionunda baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0