Fatih Terimin "Panatinaikos"dakı köməkçisi müəyyənləşdi
27.12.2023 - 12:44
Fatih Terimin "Panatinaikos"dakı köməkçisi müəyyənləşdi

Fatih Terimin "Panatinaikos"a aparacağı 4 ad məlum olub.

Apasport.az xəbər verir ki, Fatih Terimin Yunanıstan komandasına rəhbərlik edəcəyi texniki və inzibati heyətin adları açıqlanıb.

Təcrübəli baş məşqçinin texniki heyətində "Qalatasaray"da onun köməkçi məşqçisi olan Necati Ateş yer alacaq. Onun inzibati heyətində Şükrü Hanedar, Mert Çətin və Eray Sözenin də yer alacağı öyrənilib.

Qeyd edək ki, Terim bu gün Afinaya gedəcək və 1,5 illik müqavilə imzalayacaq.

writer photo
Əlirza Əlirzalı
0