Bu dəfə “Roma”ya
30.08.2023 - 01:37
Bu dəfə “Roma”ya

Uqo Lyoris yenidən İtaliyadan təklif alıb.

Apasport.az saytı xəbər verir ki, bu dəfə “Roma” fransalı qapıçı ilə maraqlanır.

“Latsio”nun təklifini qəbul etməyən Lyoris bu dəfə Romanın digər klubu ilə danışıqlar aparır. “Tottenhem”in yeni baş məşqçisi Ange Postekoğlunun planlarına daxil olmayan qapıçının satılması planlaşdırılır. Artıq iki klubun rəsmiləri transferin detallarını müzakirə ediblər. Avqustun 31-də Avropada tarnsfer pəncərəsinin son günü olduğunu nəzərə alsa, Uqonun bu təklifi qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Lyoris “Tottenhem”də 11 mövsüm keçirib. Fransalı qapıçı bu müddət ərzində komandada keçirdiyi 447 oyunda qapısında 508 top buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0