Futbolun qaydaları dəyişir
28.11.2023 - 12:46
Futbolun qaydaları dəyişir

VAR-ın (video-köməkçi hakim) səlahiyyətləri artırıla bilər. 

Apasport.az xəbər verir ki, futbol qaydalarını idarə edən rəhbər şəxslər VAR-ın səlahiyyətlərinin artırılmasını təklif edib.

Bu barədə "The Times" nəşri məlumat yayıb. Xəbərə görə, mütəxəssislər düşünür ki, bundan sonra aşağıdakı epizodlarda da VAR-a müraciət olunmalıdır: 

1. Cərimə zərbəsi təyini zamanı;

2. Küncdən zərbələr;

3. İkinci sarı vərəqənin verilməsi.

Qeyd edək ki, futbol müsabiqələrində video-köməkçi hakim 2018-ci ildən fəaliyyət göstərir. 

writer photo
Əlirza Əlirzalı
0