Cüdoçumuz Parisdə 1/8 finala yüksəldi
02.02.2024 - 15:21
Cüdoçumuz Parisdə 1/8 finala yüksəldi

Bu gün start götürən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan millisinin iki təmsilçisi tatami üzərinə çıxıb.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə hər iki idmançımız 60 kq çəkidə mübarizə aparıb.

İmran Yusifov ilk görüşdə tacikistanlı Merzod Sufiyevi məğlub edib. Daha sonra isə Monqolustan təmsilçisi Ariunbold Enxatayvanı mübarizədən kənarlaşdırıb. Yusifov 1/8 finalda fransalı Romain Pikardla qarşılaşacaq. 

Nazir Talıbov isə ukraynalı rəqibi Artyom Lesyuka uduzub.

 

writer photo
Əlirza Əlirzalı
0