“Neftçi” qələbəni son anda əldən verdi - YENİLƏNİB
06.07.2022 - 19:37
“Neftçi” qələbəni son anda əldən verdi - YENİLƏNİB

Yeni mövsümə hazırlığı Türkiyənin Bolu bölgəsində davam etdirən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb. 

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qardaş ölkədə yerli komanda ilə üz-üzə gəlib. 

Baş məşqçi Laurentsiu Regekampf ilk sınağında komandasını “Sakaryaspor” önünə çıxarıb. TFF I Liqaya yeni yüksələn sakaryalılarla görüş “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda baş tutub. Matçda ilk qolu təmsilçimiz vurub. Lakin "ağ-qaralar" 82-ci dəqiqədə buraxdıqları topla qələbəni əldən verib. Görüş heç-heçə yekunlaşıb. 

Qeyd edək ki, “Neftçi” bu mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil  edəcək. Bakılılar bu turnirin II təsnifat mərhələsində iyulun 21-də və 28-də Kipr klubu “Aris”lə qarşılaşacaq.

Yoxlama görüşü
6 iyul
16:45. “Neftçi” – “Sakaryaspor” (Türkiyə) 1:1
Qol: 
Qodsvey Donyo, 17
Bolu

writer photo
Əlirza Əlirzalı
0