"Şəki" "Sumqayıt"ı qəbul edəcək
17.03.2024 - 11:08
"Şəki" "Sumqayıt"ı qəbul edəcək

Bu gün Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün yeganə oyununda "Şəki" "Sumqayıt"ı qəbul edəcək.

Autsayderlərin duelində qonaqlar şanslı hesab edilir. Lakin şəkililər də arzusunda olduğu ilk qələbəsini qazanmağa çalışacaqlar.

Qeyd edək ki, turda daha öncə "Neftçi" "Gəncə"yə, NTD-İNDİQO "Sərhədçi"yə 84:74, "Xəzri "Xırdalan"a 106:82, "Cəlilabad" "Sabah"a 90:76 hesabı ilə qalib gəlib.

XV tur
17 mart
14:00. "Şəki" – "Sumqayıt"
Şəki Olimpiya İdman Kompleksi

writer photo
Əlirza Əlirzalı
0