"Kəpəz" klubunun futbolçusu əməliyyat olunub
21.11.2024 - 15:15
"Kəpəz" klubunun futbolçusu əməliyyat olunub

"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.

Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.

writer photo
Əlirza Əlirzalı
0