İtaliya millisində növbəti itki
03.06.2024 - 13:29
İtaliya millisində növbəti itki

İtaliya A Seriyası təmsilçisi “Atalanta”nın müdafiəçisi Corcio Skalvini dizindən zədələnib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, zədə səbəbindən 20 yaşlı futbolçu AVRO-2024-də İtaliya millisinə kömək edə bilməyəcək.

Zədəli Skalvininin yerinə Turin "Yuventus"unun müdafiəçisi Federiko Qatti milliyə dəvət alıb.

Qeyd edək ki, daha öncə Nikolo Zaniolo son Avropa çempionunun heyətindən çıxarılıb. 

writer photo
Əlirza Əlirzalı
0