Cüdoçumuzdan bürünc medal
17.12.2023 - 09:58
Cüdoçumuzdan bürünc medal

Kosovanın Priştina şəhərində cüdo üzrə Açıq Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, kişilər arasında 73 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov yarışda bürünc medal əldə edib.

Qeyd edək ki, Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

writer photo
Əlirza Əlirzalı
0