Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion bəlli olub
27.08.2024 - 14:35
Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion bəlli olub

Azərbaycanın II Liqa təmsilçisi "Şimal" klubunun 2024/2025 mövsümündə ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Qusar təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Peşəkar Futbol Liqası və SOCAR-ın Sosial İnkişaf İdarəsi ilə razılığa əsasən, komanda ev oyunlarını Siyəzən şəhər stadionunda keçirəcək.

Qeyd edək ki, ötən il Region Liqasında çıxış edən "Şimal” klubu bu mövsüm Azərbaycanın II Liqasında mübarizə aparmaq hüququ qazanıb.

writer photo
Əlirza Əlirzalı
0