Daha 2 güləşçimiz Avropa çempionatının finalında - YENİLƏNİB
22.04.2023 - 20:25
Daha 2 güləşçimiz Avropa çempionatının finalında - YENİLƏNİB

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında daha 2 güləşçimiz finala çıxıb.

Apasport.az xəbər verir ki, bunlar Həsrət Cəfərov və Ülvü Qənizadədir.

Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə "tuş"la qalib gəlib. Cəfərov 1/4 finalda norveçli Hovar Yorqensen üzərində də inamlı qələbə qazanıb – 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə üz-üzə gələcək.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib – 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Səlçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub – 2:1. Ülvü finalda fransalı İbrahim Qanemlə güləşəcək.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb – 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb – 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka "tuş"la uduzub. Rafiq bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) – Roland Şvarts (Almaniya) görüşünün qalibiylə qarşılaşacaq.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Ömərova minimal fərqlə (1:2) məğlub olub.

Qeyd edək ki, təsəlliverici və medal görüşləri sabah keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0