Daha bir futbolçumuz Türkiyəyə doğru
19.01.2024 - 20:21
Daha bir futbolçumuz Türkiyəyə doğru

Azərbaycanlı futbolçulardan daha biri Türkiyəyə yol tuta bilər.

Apasport.az saytına verilən məlumata görə, Türkiyə birinci liqa təmsilçilərindən olan "Manisa" "Zirə"nin futbolçusu Rəhim Sadıxovla yaxından maraqlanır.

Eyniadlı şəhərin təmsilçisi Sadıxovun keçidini bu qış həll etməyi planlaşdırır. "Araz-Naxçıvan"ın da transfer siyahısında yer almış Rəhim sonda "Zirə"də qalıb. Ancaq onun "Manisa"nın təklifinə hansı cavabı verəcəyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, bu klub ötən həftə "Turan-Tovuz"dan Sərtan Taşkını transfer etmişdi. "Manisa" hazırda birinci liqada 11-ci pillədədir.

writer photo
Əlirza Əlirzalı
0