Avropa Liqasının V turunda “Nant”a 1:2 hesabı ilə uduzan “Qarabağ” qrupdakı qol sayını 8-ə çatdırıb.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan klublarının turnirdəki rekordunu təkrarlayıb.
Avropa Liqasının bir mövsümündə qrupdakı qol sayında rekord 8-ə bərabər idi. Buna 2019/20 mövsümündə “Qarabağ” imza atıb.
Ağdam klubu 3 ildən sonra özünün sahibi olduğu rekordu təkrarlayıb. “Frayburq”la gələn həftə keçiriləcək qarşılaşmada vurulacaq qol mütləq rekordla nəticələnəcək.
Qeyd edək ki, “Qarabağ” 7, “Qəbələ” 2, “Neftçi” 1 dəfə Avropa Liqasının qrupunda oynayıb.