Ceyhun Sultanov: "Bordin peşəkar məşqçi idi"
01.04.2023 - 23:29
Ceyhun Sultanov: "Bordin peşəkar məşqçi idi"

"Roberto Bordin işlədiyim məşqçilər arasında ən peşəkarlarından biri olub".

Apasport.az-ın məlumatına görə, bunu "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

O, açdığı "TikTok" yayımında "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinlə bağlı verilən sualı cavablayıb:

"Mən idman direktoru idim və Bordindən vəzifəcə daha üstün idim. İşim komandaya futbolçu gətirmək idi, Bordin isə həmin oyunçularla komanda qurmalı idi. Onun kimi işinin peşəkarı olan məşqçi ilə işləməmişdim. Bəzən deyirdim ki, heyətdə bu cür dəyişiklik etsək, daha düzgün olmazmı? O buna qulaq asırdı. Ancaq elə məşqçi var ki, yalnız öz bildiyini edir, kimsəni dinləmir".

writer photo
Əlirza Əlirzalı
0