Ronaldo "Nyukasl"a icarəyə verilməyəcək
04.01.2023 - 00:55
Ronaldo "Nyukasl"a icarəyə verilməyəcək

Kriştianu Ronaldonun müqaviləsində "Nyukasl"a keçmək nəzərdə tutulmayıb.

Apasport.az xəbər verir ki, dünən İspaniyanın "Marka" nəşri futbolçu ilə "Əl-Nəsr" arasındakı razılaşmanın şərtlərinə görə, "sağsağanlar" bu mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanarsa, Ronaldonun icarə əsasında "Nyukasl"a keçə biləcəyini yazıb.

Ancaq ESPN Səudiyyə klubundakı mənbəyə istinadən yaydığı məlumata görə, bu məlumatın yanlış olduğunu müəyyən edib.

Kriştianunun keçidinin mümkünlüyü xəbərini "Nyukasl"ın baş məşqçisi Edi Hau da təkzib edib: "Kriştianuya fəaliyyətində uğurlar arzu edirik. Lakin bizim nöqteyi-nəzərimizcə, bu doğru məlumat deyil".

Qeyd edək ki, Kriştianu Ronaldo dekabrın sonunda "Əl-Nəsr"ə keçib və 2025-ci ilə qədər müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0