Daha bir Türkiyə klubu Juninyo ilə maraqlanır
11.03.2024 - 10:21
Daha bir Türkiyə klubu Juninyo ilə maraqlanır

"Beşiktaş"ın idman direktoru Samet Aybaba martın 14-də UEFA Avropa Liqasının cavab oyunu çərçivəsində keçiriləcək "Bayer" - "Qarabağ" matçını seyr etmək üçün Almaniyaya yollanacaq. 

Apasport.az xəbər verir ki, klub rəsmisi "köhlən atlar"ın hücumçusu Oliver Juninyonu tribunadan izləyəcək. 

Eyni zamanda o, Leverkuzen təmsilçisinin 2 futbolçusu - Borxa İqlesias və Timoti Fosu-Mensahla da maraqlanacaq. 

Qeyd edək ki, braziliyalı ulduzla daha öncə Türkiyənin "Fənərbaxça" klubu da maraqlanıb. 

writer photo
Əlirza Əlirzalı
0