“Arda Gülər adını “Real”ın tarixinə yazdıracaq”.
Apasport.az xəbər verir ki, bu sözlərin müəllifi “Fənərbaxça”nın keçmiş baş məşqçisi Vitor Pereyradır.
Portuqaliyalı mütəxəssis ispan klubunun çox özəl bir futbolçuya sahib olduğunu düşünür:”Komandaya ilk gəldiyim zaman aşağı yaş qruplarındakı istedadlı futbolçuları tez-tez əsas komanda ilə məşqlərə cəlb edirdim. Köməkçilərim mənə 16 yaşlı bu istedadı sınamağı məsləhət gördülər. Elə ilk məşqdəcə, Arda kollektivin sevimlisinə çevrilməyi bacardı. Top onda olanda fərqli nəsə göstərməkdən çəkinmirdi. Gülərin transferi “Real” üçün bir şansdır deyə düşünürəm,”
Qeyd edək ki, Pereyra iki dəfə İstanbul klubuna rəhbərlik edib. O, 2015/17 və 2021/22-ci illərdə klubun sükanı arxasında olub.