“Dauqavpils” futbolçusu: “Neftçi” daim mənimlə maraqlanır” - MÜSAHİBƏ
04.05.2023 - 17:02
“Dauqavpils” futbolçusu: “Neftçi” daim mənimlə maraqlanır” - MÜSAHİBƏ

Latviyanın “Dauqavpils” klubunun futbolçusu Ramin Nəsirli apasport.az saytına müsahibəsi

- Deyəsən, Latviyada işləriniz heç də yaxşı getmir. Komanda artıq sonuncu pilləyə düşüb…
- Komandada işlər nəticə baxımından neqativ olsa da, oyun olaraq heç də pis deyilik. Heç bir rəqibdən də pis deyilik. Son matçlarda qarşılaşdığımız komandalar da çox güclü idi. “Riqa”, RFŞ, “Valmeyra” və “Liepaya” hamısı çempionatın liderləridir. İstənilən halda, sona qədər mübarizə aparırıq.

- Komandanın sonuncu pillədə yer almasının əsas səbəblərindən biri güclü rəqiblərlə oynamağınızdır?
- dörd gündən bir meydana çıxırıq. Ehtiyat qüvvəmiz də çox deyil. Məncə, elə bunlar uğursuz çıxışın əsas səbəbləridir. Buna baxmayaraq, inanıram ki, qarşıdakı matçlarda hər şey öz yoluna düşəcək və istədiyimiz nəticələri qazanmağa başlayacağıq. Çünki komandamızın potensialı var.

- Adətən futbolçular maliyyə məsələlərində narazı qalanda maksimumu meydanda vermək istəmir. Sizdə belə problem yoxdur ki?
- Xeyr. Klubda maliyyə ilə bağlı problem yoxdur. Maaşlarımızı da vaxtı-vaxtında alırıq. 

- Öz oyununu necə qiymətləndirirsən?
- Bir qarşılaşmanı çıxmaq şərtilə bütün matçlarda əsas heyətdə oynamışam. Son oyunda zədəsini sağaldan Nazim Həsənzadə də mübarizə apardı. Burada məşqçilərin etimadını doğrutlmaq istəyirəm. Təbii ki, hər oyunda epizod düşür, qol vurmağa yaxın olursan. Qismət... Yəqin ki, gələn oyunlarda yenidən qələbələr gələr. 

- Amma son vaxtlarda məhsuldarlıq səndə də alınmır. Nəticələrə görə həvəsdən düşmüsən, ya başqa səbəb var?
- Həvəsdən düşməmişəm. Əksinə, daha da çox çalışıb komandama xeyir vermək istəyirəm. Məşqlərdə də işləyirəm, oyunlarda da maksimumu verirəm. 

- Müqavilə ilə məxsus olduğun "Neftçi"dən səninlə maraqlanırlar? 
- Bəli, “Neftçi” daim maraqlanırlar. Sağolsunlar, rəhbərlik həmişə qayğı göstərir. Məşqçimiz Rəşad Abdullayev də yazır, maraqlanır. 

- Bəs xarici klubların diqqətini cəlb edə bilmisən? 
- Sözün düzü, bu işlərlə agentim maraqlanır. O, daim danışıqlardadır. Mən ancaq oyunlarıma köklənmişəm, komandama kömək etməyi fikirləşirəm. Nəsə olsa, yenilik, bu barədə mənə xəbər verəcək.

writer photo
Əlirza Əlirzalı
0