De Byazi Belçikada jurnalistlər önünə çıxacaq
18.11.2023 - 10:35
De Byazi Belçikada jurnalistlər önünə çıxacaq

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Bu tədbirlər noyabrın 19-da, Brüssel şəhərindəki “King Baudouin Stadium”da baş tutacaq matçdan bir gün əvvəl təşkil olunacaq.

18 noyabr
 
Belçika milli komandası

 
10:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (BFF-nin Təlim-məşq mərkəzi)
12:00. Mətbuat konfransı (BFF-nin Təlim-məşq mərkəzi)
 
Azərbaycan milli komandası
 
17:30. Mətbuat konfransı (Edmond Machtens Stadium)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Edmond Machtens Stadium)
 
Qeyd edək ki, tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.
 

writer photo
Əlirza Əlirzalı
0