"Qarabağ" yaxşı hücum gücünə malik komandadır".
Apasport.az xəbər verir ki, bunu "Gent"in futbolçusu Jülyen De Sart Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi görüşlə bağlı bunları deyib: "Xüsusilə, "Qarabağ"ın sol cinahı daha təhlükəlidir. Avropa Liqası səviyyəsində komandadırlar və bunu sübut ediblər. Diqqətli olmalıyıq. Matçı səbirsizliklə gözləyirəm. Karyeramda 30-cu avrokubok matçım olacaq. Hər şeyimi verməyə hazıram".
Qeyd edək ki, sabah keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında ilk matçda Azərbaycan təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.