Roberto Bacciodan ETİRAF
13.10.2023 - 17:24
Roberto Bacciodan ETİRAF

“Əgər zamanı geri qaytarmaq şansım olsaydı, o penaltini vurmazdım”.

Apasport.az xəbər verir ki, bunu İtaliya millisinin futbol əfsanəsi Roberto Baccio deyib.

56 yaşlı veteran DÇ-1994-ün Braziliya ilə final matçında (0:0, pen. 2:3) penaltini qaçırmasını xatırlayıb: “O, epizodu unuda bilmirəm. Keçmişə qayıtmaq şansım olsaydı, topa yaxınlaşmazdım. Ancaq bu da mənim üçün acı da olsa, bir tarixdir”.

Qeyd edək ki, İtaliya millisinin heyətində 56 matça çıxan Roberto 27 qolla imza atıb.

writer photo
Əlirza Əlirzalı
0