Deni Qaysumov: “Kadi Rusiyada da adından söz etdirə biləcək”
28.12.2022 - 16:08
Deni Qaysumov: “Kadi Rusiyada da adından söz etdirə biləcək”

“Kadi Borgesi yaxşı tanıyıram. Çünki “Qarabağ”ın avrokuboklardakı bütün matçlarını izləyirəm”. 

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Deni Qaysumov deyib. 

Rusiyada “Terek” (indiki “Axmat”) klubunun kapitanı olmuş, ölkə kubokunu qazanmış veteran müdafiəçi “Qarabağ”ın futbolçusu Kadi Borgesin “Krasnodar”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: “Braziliyalının necə güclü futbolçu olduğunu görmüşəm. Əla futbolçu olduğunu deyə bilərəm. Ancaq Kadinin “Krasnodar”a keçib-keçməyəcəyi barədə bir söz deyə bilmərəm. Sadəcə, yazılanları oxuyuram, mətbuatı izləyirəm. Şəxsi fikrimi soruşursunuzsa, Kadi “Krasnodar”a kömək edəcək gücdədir. O, “Qarabağ” üçün çox vacib futbolçudur. Məncə, Rusiyada da adından söz etdirə biləcək. Amma sonda “Qarabağ”ın hansı addımı atacağını görəcəyik”.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. 
 

writer photo
Əlirza Əlirzalı
0