"Qarabağ”ın sabiq futbolçusu Donald Gerye apasport.az saytına açıqlama verib.
Haitili futbolçu saytımıza açıqlamasında bu gün Azərbaycan çempionunun Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda "Qarabağ"ın “Dinamo”ya (Zaqreb) qarşı keçirəcəyi cavab görüşündən gözləntilərini açıqlayıb:
“Qarabağ”ın ilk oyunda “Dinamo”ya qarşı necə oynadığını hamımız gördük. Məncə, yetərincə yaxşı futbol nümayiş edildi. Ona görə də, “Qarabağ”ın şansları hələ də var. “Qarabağ” daha əvvəl də çox çətin oyunlardan qələbə ilə ayrılıb. Əsas odur ki, komanda çox yaxşı futbolçulara malikdir və istədiyi nəticəni əldə edə bilər. Məncə, “Qarabağ” geridönüş edəcək və “Dinamo” səddini keçəcək. “Qarabağ”a uğurlar arzu edirəm. Ümidvaram ki, hər şey istədikləri kimi alınacaq”.
Qeyd edək ki, “Qarabağ” ilk matçda Xorvatiyada rəqibinə 0:3 hesabı ilə uduzub.