Kanteyə 100 milyonluq təklif
06.06.2023 - 19:53
Kanteyə 100 milyonluq təklif

Fransa millisinin futbolçusu Nqolo Kanteni heyətində görmək istəyən klubların nümayəndələri İngiltərəyə səfər edib.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-İttihad” və “Əl-Nəsr” klubunun təmsilçiləri 32 yaşlı yarımmüdafiəçi ilə danışıqları Londonda gerçəkləşdirəcək.

Kante Asiyadan aldığı təkliflərdən birini qəbul etsə, ildə 100 milyon avro qazanacaq. Lakin fransalı “Çelsi” ilə yeni müqavilə imzalamaq arzusundadır. O, Premyer Liqa karyerasını davam etdirmək fikrindədir.

Qeyd edək ki, Kantenin “Çelsi” ilə anlaşması bu ayın sonunda bitəcək.

writer photo
Əlirza Əlirzalı
0