Dreykdən “Denver”ə 1,25 milyon dollarlıq mərc
02.06.2023 - 23:21
Dreykdən “Denver”ə 1,25 milyon dollarlıq mərc

Tanınmış amerikalı reper Dreyk NBA-nın finalına pul qoyuluşu edib.

Apasport.az-ın məlumatına görə, o, “Denver”in qələbəsinə 1 milyon dollar risk edib.

“Denver”in qələbə əmsalı 1,23-ə bərabərdir. Dreyk əlavə olaraq, Kolorado klubunu seriyada “Mayami”ni 4:1 hesabı ilə məğlub edəcəyini proqnozlaşdırıb. O, 3,4 əmsala da 250 min dollar pul qoyuluşu edib.

Qeyd edək ki, seriyanın ilk oyununda “Denver” 104:93 hesabı ilə qələbə qazanıb. 
 

writer photo
Əlirza Əlirzalı
0