Rayan Kent "Fənərbaxça"dan ayrılmağa yaxındır
02.08.2024 - 22:13
Rayan Kent "Fənərbaxça"dan ayrılmağa yaxındır

"Fənərbaxça"da gözlənilən performansı göstərə bilməyən Rayan Kent klubdan ayrılmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Joze Mourinyo onu heyətdə düşünmür. Artıq "Lids Yunayted" Kent üçün 2.5 milyon funt-sterlinq dəyərində təklif göndərib.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm İstanbul təmsilçisinin heyətində 18 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0