Dünya çempionatında ilk günün medalçıları - FOTOLENT
29.05.2023 - 20:16
Dünya çempionatında ilk günün medalçıları - FOTOLENT

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında ilk günə yekun vurulub. 

Apasport.az sayının məlumatına görə, mundialda 2 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. 

Kişi taekvondoçular arasında 68 kq çəkidə dünya çempionu tituluna böyük britaniyalı Bredli Sinden yiyələnib. O, finalda cənubi koreyalı Ho-jun Jini məğlub edib. Matin Rezayi (İran) və Ulubek Raşitov (Özbəkistan) bürünc medala sahib olublar. 

Bu çəkidə dayanq üzərinə çıxan Cavad Ağayev 1/16 finalda mübarizəni dayandırıb. 

Qadınlar arasında 57 kq-da Luana Marton (Macarıstan) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Çia-Linq Lo (Tayvan) gümüş medal əldə etdiyi halda, Kubra İlgin (Türkiyə) və Mariya Paçeço (Braziliya) 3-cü olublar. 

Qeyd edək ki, dünya çempionatının ikinci günü kişi idmançılar 58 kq-da, qadınlar 67 kq və 73 kq-da medalçıları müəyyənləşdirəcəklər. 
 

writer photo
Əlirza Əlirzalı
0