"El-Klassiko" öncəsi "Real"da şad xəbər
13.01.2024 - 11:40
"Real"ın cinah oyunçusu Dani Karvaxal İspaniya Superkubokunun finalında Kataloniya "Barselona"sı ilə qarşılaşmada komandasına kömək etməyə hazırdır.
Apasport.az bu barədə "Mundo Deportivo"ya istinadla məlumat verir.
Xatırladaq ki, 32 yaşlı ispaniyalı "Atletiko" ilə yarımfinal görüşündə (5:3) yüngül zədə almışdı.
Bir neçə gün ərzində Karvaxal fərdi proqram üzrə məşqlərini davam etdirib. Hazırda Karvaxalın "El-klassiko"da iştirakı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki "Real" - "Barselona" matçı yanvarın 14-də Səudiyyə Ərəbistanında keçiriləcək.
0
0