Elçin Məsiyev beynəlxalq təyinat alıb
03.09.2024 - 14:28
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki,o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina (U-21) – Avstriya (U-21) qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0