Elçin Rəhmanov: "Futbolçular tapşırıqları 100 faiz yerinə yetirdilər" - MÜSAHİBƏ
29.09.2023 - 22:25
Elçin Rəhmanov: "Futbolçular tapşırıqları 100 faiz yerinə yetirdilər" - MÜSAHİBƏ

“Komanda bu gün çempionatda bəlkə də, ən yaxşı oyunlardan birini oynadı”.

Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov deyib.

Misli Premyer Liqasında “Sumqayıt”a böyükhesabla qalib gələn Agdam klubunun məşqçisi komandanın tapşırıqları tam yerinə yetirdiklərini bildirib: "Danışacaq çox şey yoxdur. Futbolçular tapşırıqları 100 faiz yerinə yetirdilər. 90 dəqiqə ərzində həm müdafiədə, həm də hücumda məzmunlu oyun oynadıq. Komandanı və azarkeşlərimizi təbrik edirəm. Vacib üç xal qazandıq".

- Qurban Qurbanovsuz özünüzü necə hiss etdiz? Fasilədə hansı təlimatları verdi?
- Fasilədə oyundan qopmamağı, tempi axıra kimi saxlamağı tapşırdı. Qurban müəllimsiz çətin olur. Yoxluğu hiss olunurdu.

- Növbəti rəqibiniz "Hekken" ölkə kubokunda rəqibinə 4 qol vurdu. Siz isə bu gün beş qol vurduz. Demək olar ki, onlara gözdağı verdiz?
- O haqda fikirləşmirdik. Biz öz oyunumuzu yaxşılaşdırmağı düşünürük. "Hekken"lə oyuna ayrıca hazırlaşırıq. Cavab vermək barədə düşünmürdük.
Son vaxtlarda sıx qrafikdə olurduq. İndi isə "Hekken" matçına hazırlaşmağa vaxtımız olacaq. Matç dördüncü gündür. Oyundan iki gün qabaqq İsveçə yollanacağıq. Bizim üçün bu cür qrafik daha yaxşıdır. Komanda bərpa, məşqləri, təşkilatçılığını edəcək. İki gün qabaq gedəcəyik ki, uşaqlar dincəlsin. Bizim üçün müsbət haldır.

- Bədavi Hüseynovun hazırkı durumu necədir?
- "Hekken"lə görüşdə daha yaxşı Bədavi görəcəyik. Zədədən sonra oynayır. Bu gün də onu çox riskə atmadıq. Çünki "Qəbələ"də 10 nəfərlə mübarizə apardıq. Onu "Hekken"lə oyuna qoruduq. Həm də altı gün ərzində daha yaxşı məşq etməsi üçün bunu etdik. "Hekken"lə matçda daha yaxşı fiziki durumda olacaq.

- Maksimi bundan sonra 90 dəqiqə meydanda görəcəyik?
- Bugünkü matç onu göstərdi ki, Maksim 90 dəqiqə oynamağa hazırdır. Lazım olan anlarda bizə köməyi dəyəcək.

- Demək olar ki, artıq Andrey Lunyov əsas qapıçıdır?
- Səhv etmirəmsə, bir ilə yaxın oyun praktikası yox idi. Ona görə indi ona daha çox şans veririk. Amma bu günlərdə kimin əsas heyətdə olacağı bilinəcək. Amma son oyunlarda özünü daha yaxşı tərəfdən göstərir.
 

writer photo
Əlirza Əlirzalı
0