Kosovo - İsrail görüşünün tarixi müəyyənləşdi
24.10.2023 - 10:48
Kosovo - İsrail görüşünün tarixi müəyyənləşdi

UEFA İsrail milli komandasının təxirə salınmış matçlarının tarixlərini açıqlayıb.

Apasport xəbər verir ki, AVRO-2024 seçmə mərhələsinin İ qrupunda təxirə salınan Kosovo - İsrail qarşılaşması noyabrın 15-də keçiriləcək. Matç saat Bakı vaxtı ilə 22:45-də başlayacaq.
6 turdan sonra aktivində 11 xal olan İsrail yığması qrupda 3-cü pillədə yer alıb.

Qadınlar arasında Millətlər Liqasının təxirə salınmış Qazaxıstanla matçlar noyabrın 23-də və 26-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0