Xorvatiya millisinin 4 futbolçusu Mərakeşlə məşqi buraxdı
16.12.2022 - 21:15
Xorvatiya millisinin 4 futbolçusu Mərakeşlə məşqi buraxdı

Xorvatiya millisinin 4 futbolçusu – Nikola Vlaşiç, Deyan Lovren, Marselo Brozoviç və Yosip Yuranoviç Mərakeşlə oyun öncəsi son məşqi buraxıb.

Apasport.az xəbər verir ki, Vlaşiç xəstəliyə görə məşqə gəlməyib, Lovren isə zədə səbəbindən istirahət edib.

Brozoviç də zədə səbəbindən məşq edə bilməyib. Onun Mərakeşlə matçda iştirakı şübhə altındadır.

Amma Yuranoviçin əzələsindəki zədə səbəbindən artıq komandaya kömək etməyəcəyi və 3-cü yer uğrunda matçı buraxacağı bəllidir.

Qeyd edək ki, dünya çempionatının 3-cü yeri uğrunda görüş sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0