Karlo Ançelottinin Braziliya millisinə gedəcəyi təsdiqləndi
05.07.2023 - 12:32
Karlo Ançelottinin Braziliya millisinə gedəcəyi təsdiqləndi

Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti 2024-cü ildə Braziliya millisinin sükanı arxasına keçəcək.

Apasport.az saytının məlumatına görə, xəbəri Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodriqes də təsdiqləyib.

O, ölkəsinin "Fluminense" klubunun baş məşqçisi Fernando Dinisin müvəqqəti olaraq yığmada da eyni vəzifəni icra edəcəyini deyib.

Federasiya prezidenti “pentakampeonlar”ın Amerika Kuboku 2024-də 64 yaşlı italiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edəcəyini də açıqlayıb.

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-də uğursuz çıxışdan sonra baş məşqçisiz qalıb. 

writer photo
Əlirza Əlirzalı
0