Maksim Medvedev: “Qarabağ” mənim həyatımdır”
24.10.2022 - 16:19
Maksim Medvedev: “Qarabağ” mənim həyatımdır”

“Qarabağ”ın inkişafında Qurban Qurbanovun böyük rolu var. Onun sayəsində Azərbaycanı beynəlxalq arenada təmsil edən komandamız var”.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın kapitanı Maksim Medvedev UEFA-nın “Qarabağ”la bağlı hazırladığı reportaj zamanı deyib.

33 yaşlı müdafiəçi “Qarabağ”ın onun üçün hansı mənanı kəsb etdiyini açıqlayıb: “Qarabağ” mənim həyatımdır. Uşaqlıqdan karyerama burada başlamışam. 19 ildir ki, bu klubun üzvüyəm. Kapitan sarğısı da mənə həvalə olunub. “Qarabağ”ın hər bir oyunçusu klubun əhəmiyyətini anlayır. Komandamıza qoşulan hər kəsə bunun millət və xalq üçün nə demək olduğunu öyrədirik. Onlar hansı klubu təmsil elədiklərini çox yaxşı başa düşürlər”.

Medvedev “Qarabağ” azarkeşlərini həmişə sevindirmək istədiklərini sözlərinə əlavə edib: “Ölkə daxilində çoxlu azarkeşimiz var. Biz onlara sevinc bəxş eləməyə çalışırıq və buna nail oluruq. “Qarabağ”ı hər zamankından yaxşı təmsil edə bilirik. Bu mənim üçün sadəcə klub yox, bir ailədir”.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Maksim Medvedev Ağdam klubunun heyətində 2006/07 mövsümündə debüt edib.

writer photo
Əlirza Əlirzalı
0