"Milan" yenə böyük hesabla uduzdu
29.01.2023 - 17:38
"Milan" yenə böyük hesabla uduzdu

İtaliya çempionatının XX turunda "Milan" ağır məğlubiyyətə uğrayıb.

Apasport.az xəbər verir ki, "Milan" öz meydanında "Sassuolo"ya 2:5 hesabı ilə uduzub.

Qeyd edək ki, "Milan" son 4 turdur İtaliya çempionatında qələbə üzünə həsrətdir. Ötən tur "Latsyo"ya 0:4 hesabı ilə darmadağın olmuş "Milan" turnir cədvəlində 38 xalla 4-cüdür.

writer photo
Əlirza Əlirzalı
0