İranın əfsanəvi futbolçusu Əli Daei barəsində ölüm hökmü çıxarılıb.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Azərbaycan əsilli sabiq hücumçu edama məhkum edilən 15 min insandan biridir.
İddiaya görə, veteran oyunçu ölkədə Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirakda günahlandırılır. O, oktyabrın əvvəlində Saqqız şəhərində keçirilən yürüş zamanı polislər tərəfindən saxlanılıb, ardından isə həbsə göndərilib. İran Parlamentində məsələ gündəmə gətirilib və səs çoxluğu ilə həbs edilən 15 min insanın edamına qərar verilib.
Ancaq İran rəsmiləri Əli Daeinin son durumu ilə bağlı heç bir məlumat yaymayıb.
Qeyd edək ki, karyerasını 2007-ci ildə başa vuran Əli Daei İran yığmasının heyətində 149 oyunda 109 qol vurub.