Elxan Səmədov: “Finalın hansı stadionda keçiriləcəyi bilinmir”
02.11.2023 - 15:42
Elxan Səmədov: “Finalın hansı stadionda keçiriləcəyi bilinmir”

“Ölkə Kubokunun finalının hansı stadionda keçiriləcəyi bilinmir”.

Apasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində deyib.

Qurum rəhbəri final qarşılaşmasının keçiriləcəyi məkanın adına yanvar ayında aydınlıq gələcəyini söyləyib. O, ölkə kubokunun hazırda sponsorunun olmadığını da vurğulayıb.
 

writer photo
Əlirza Əlirzalı
0