Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
28.05.2024 - 00:09
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"

"Neftçi"nin kapitanı Emin Mahmudov instaqram hesabında paylaşım edib.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib:

"Dəyərli "Neftçi" azarkeşləri!

Neçə gündür ki, sizə yazmaq istəyirəm. Lakin indi özümdə güc və inam tapıb sizə yazıram. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. "Neftçi" ailəsinin kapitanı olaraq sizə, bunları yaşatdığımıza görə üzr istəyirəm!"

writer photo
Əlirza Əlirzalı
0