Emin Mahmudov dünya çempionatında favoritini açıqladı
17.11.2022 - 12:57
Emin Mahmudov dünya çempionatında favoritini açıqladı

“Dünya çempionatında favoritlərim Braziliya və Argentina yığmalarıdır”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi iki komandadan birinin mundialın qalibi olmasını arzulayır: “Uşaqlıqdan Braziliya azarkeşi olmuşam. Onlardan növbəti çempionluq gözləyirəm. Portuqaliyanın da çempionluğu pis olmaz. Kriştiano Ronaldoya görə onların kubok qazanmalarını istəyərəm”.

Mahmudov DÇ-2022-nin ilk dəfə mövsümün gedişində baş tutmasının ciddi təsirlərinin olacağını düşünür: “Dünya çempionatının mövsümün gedişində keçirilməsinin mütləq təsiri olacaq. Çoxlu zədələr ola bilər. Çünki oyunlar tez-tez keçirilə bilər. Futbolçular buna görə problemlə üzləşə bilərlər. İstənilən halda dünya çempionatıdır, ora gedən bütün oyunçular meydanda ürəklə döyüşəcək”.

Qeyd edək ki, noyabrın 20-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0