Emin Mahmudov: “Mənə ikinci dərəcəli futbolçu kimi baxırlar”
31.10.2022 - 11:15
Emin Mahmudov: “Mənə ikinci dərəcəli futbolçu kimi baxırlar”

“Azərbaycanda futbol fərqlidir. Burada topla çox oynayırlar, Rusiyadakı qədər mübarizə yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov sports.ru saytına müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi Rusiya və Portuqaliya karyerası ilə müqayisədə Azərbaycanda daha uğurlu çıxış etdiyini söyləyib: “Burada ardıcıl hər matça çıxıram. Bu da özünəinamı artırır. Azərbaycanda özümü tapdım. Əvvəlki komandalarımda belə deyildi. Məsələn, “Krılya Sovetov”da keçirdiyim iki il yarımın il yarımında zədələrdən əziyyət çəkdim. Bir az oynayırdım, zədələnirdim. “Boavişta”da çox oynamadım, amma yaxşı məşq etdim. Xarakterin nə qədər güclü olsa da, belə məqamlarda mənəvi cəhətdən yıxılırsan. Bəlkə də, daha çox çalışmalıydım, amma artıq çətin idi. Məndə elə təəssürat yarandı ki, onlar mənə ikinci dərəcəli futbolçu kimi baxırlar. Dəyişdirə bilərdim, amma etmədim. “Boavişta”dan sonra bura gəldim, “Neftçi”də bütün məşqçilər mənə güvəndi. Özünəinamım geri qayıtdı”.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0