“Çelsi”nin futbolçusu Ris Ceyms DÇ-2022-də iştirak etməyəcək.
Apasport.az saytının məlumatına görə, İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt müdafiəçini Qətərə aparılacaq heyətdən kənar qoyacaq.
Mütəxəssis futbolçu ilə danışaraq qərarını ona bildirib. Buna 22 yaşlı müdafiəçinin dizindəki zədə səbəb olub.
Sautqeyt Risi mundiala apararaq onun sağlamlığı ilə risk etmək istəmir. Çempionatın startına hazır olacağına ümid edən Ceyms baş məşqçinin qərarına üzülüb.
Qeyd edək ki, İngiltərə yığması noyabrın 20-də başlayacaq mundialın qrup mərhələsində ABŞ, İran və Uelslə mübarizə aparacaq.