Məhəmməd Salahın Premyer Liqanın son turunun “Vulverhempton”la oyununda iştirakı sual altındadır.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlayıb.
Almaniyalı mütəxəssis bildirib ki, misirli hücumçu meydana çıxmağa hazır olsa da, onun sağlamlığı ilə risk etməkdə tərəddüdlüdür: “Salahla Vircil van Deykin ümumi qrupda qayıtmasına şadam. Əlbəttə, onların hamısının çempionatın son turunda iştirak etməsini istəyərəm. Amma indi onların oynayacağını dəqiq deyə bilmərəm. Salahın Son Xın Minlə bombardirlik mübarizəsini yaxşı başa düşürəm. Amma onunla risk etmək haqqımız yoxdur. Məhəmmədin özü də risk etmək istəməz. Buna şübhə yoxdur”.
Qeyd edək ki, “Maneçster Siti” ilə çempionluq mübarizəsi aparan “Liverpul” sabah Premyer Liqada “Vulverhempton”la, mayın 28-də Çempionlar Liqasının finalında “Real”la görüşəcək.