"Vest Hem" "Çelsi"nin müdafiəçisini icarəyə götürmək istəyir
29.01.2024 - 17:22
"Vest Hem" "Çelsi"nin müdafiəçisini icarəyə götürmək istəyir

"Çelsi"nin mərkəz müdafiəçisi Trevo Çalobah "Vest Hem"ə keçə bilər.

Apasport.az xəbər verir ki, 24 yaşlı ingilis qış “transfer pəncərəsi”nin son günlərində klubunu tərk edə bilər.

“Vest Hem” yanvarın son günlərində futbolçunun icarəsini rəsmiləşdirməyi planlaşdırır.

Daha əvvəl ingilislə "Bavariya", "Tottenhem" və "Milan" maraqlanırdı.

Qeyd edək ki, Trevo Çalobah bu mövsüm meydana çıxmayıb. “Transfermarkt”ın məlumatına görə, onun transfer dəyəri 18 milyon avrodur.

writer photo
Əlirza Əlirzalı
0