Emin Mahmudov: “Sequndaya da gedərəm”
31.10.2022 - 10:42
Emin Mahmudov: “Sequndaya da gedərəm”

“Neftçi”nin kapitanı Emin Mahmudovun gələcək karyerası ilə bağlı arzuları bəlli olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi bunu Rusiyanın “sports.ru” portalına müsahibəsində açıqlayıb.

Emin legioner həyatı yaşamaq istədiyini gizlətməyib: “Nə qədər lazımamsa, o vaxta qədər oynayacağam. Amma xəyallar qurmaq üçün artıq gecdir. Əvvəllər Avropaya getmək istəyirdim. İndi başa düşürəm ki, yəqin daha çağırmazlar. Bir vaxtlar İspaniya və İngiltərədə oynamaq istəyirdim. Göstərdiyim futbola görə deyil, Vengerin “Arsenal”ını və “Real”ı bəyəndiyim üçün. Sequndadan yaxşı komanda dəvət etsə, oraya da gedərəm. Amma bunlar mənim xəyallarım və söhbətlərdir”.

Qeyd edək ki, Emin Avropada legioner həyatı yaşayarkən Portuqaliya “Boavişta”sında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0