Emin Mahmudov: "Sürpriz olacaq"
21.09.2022 - 20:52
Emin Mahmudov: "Sürpriz olacaq"

“Sürpriz olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.

Yarımmüdafiəçi Millətlər Liqasının sabah Slovakiya ilə keçiriləcək matçı öncəsi mətbuat konfransında oyun barədə danışıb: “Baş məşqçi necə oynayacağımızı deyəcək. Biz də bunu yerinə yetirməyə, vuruşmağa çalışacağıq. Yaxşı nəticə əldə etmək üçün meydana çıxacağıq”.

Qeyd edək ki, V turun Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0