Emin Quliyev: “Qarabağ” heç-heçəni düşünərək mübarizə aparsa...”
27.10.2022 - 13:46
Emin Quliyev: “Qarabağ” heç-heçəni düşünərək mübarizə aparsa...”

“Fransa səfərində “Qarabağ”dan həmişə gözlədiyimiz nəticə, yəni qələbə gözləyirəm”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Emin Quliyev Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək “Nant” – “Qarabağ” oyunu barədə danışarkən deyib.

45 yaşlı keçmiş yarımmüdafiəçi Azərbaycan çempionuna bərabərliyi düşünərək meydana çıxmamağı məsləhət görüb: “Əlbəttə ki, çətin oyun olacaq. Ancaq “Qarabağ”ın səfərdə xal qazanacağına inanıram. Düzdür, növbəti mərhələyə vəsiqənin rəsmiləşməsi üçün 1 xal bəs edir. Amma meydana 1 xal üçün çıxmayacaqlar. Heç-heçəni düşünərək mübarizə aparsalar, oyunları alınmayacaq. Yaxşı oyun göstərsə, qələbə özü gələcək”.

Emin Quliyev əlavə edib ki, Fransada azarkeşlər təxribata əl atsalar belə, futbolçular buna fikir verməməlidirlər: “Nant”a mütləq qələbə lazımdır. Qurban Qurbanovun taktiki tapşırıqlarından da çox şey asılıdır. Rəqib qol üçün hücuma atılacaq. Səbirlə oynayıb, ələ düşən imkandan yararlanmaq lazımdır. Heç nəyə fikir vermədən öz oyunlarını göstərməlidirlər. Meydandan kənarda nə olur-olsun, məhəl qoymasınlar. Düşünürəm ki, “Qarabağ” Fransada məğlub olmayacaq”.

Proqnozum: Ya 1:1, ya da “Qarabağ”ın 2:1 hesablı qələbəsi
 

writer photo
Əlirza Əlirzalı
0