Emreli Sloveniya komandasına qarşı start heyətdə oynadı
12.01.2023 - 20:19
Emreli Sloveniya komandasına qarşı start heyətdə oynadı

Zaqreb "Dinamo"su qış mövsümlərarası fasilədə ilk yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya klubu Sloveniyanın "Selye" komandası ilə qarşılaşıb.

1:1 hesabı ilə başa çatan oyunda Emreli start heyətdə yer alıb.

Qeyd edək ki, baş məşqçi Ante Şaşiçin Mahir Emrelini qış fasiləsindən sonra start heyətdə oynadacağı gözlənilir. Buna səbəb Xorvatiya millisinin cinah hücumçusu Mislav Orşiçin "Sauthempton"a transfer olunmasıdır. Orşiç dünən "Sauthempton"un Liqa Kubokunda "Mançester Siti"ni 2:0 məğlub etdiyi görüşün 82-ci dəqiqəsində debüt edib. 

writer photo
Əlirza Əlirzalı
0