Krakov-2023: Azərbaycan yığmasının heyəti açıqlandı
14.06.2023 - 15:43
Krakov-2023: Azərbaycan yığmasının heyəti açıqlandı

III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, iyunun 21-də start veriləcək yarışda ölkəmiz 13 idman növündə təmsil olunacaq.

Azərbaycan idmançıları oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnow şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnow şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Myślenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri),  taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlonda (1 nəfər, Krakov şəhəri) medallar uğrunda mübarizə aparacaq. Ölkəmiz bu növlər üzrə ümumilikdə 86 idmançı ilə təmsil olunacaq. 

Atıcılıq - Ruslan Lunyov, Nigar Nəsirova, Nurlana Cəfərova, Regina Meftahətdinova, Sevda Nəcəfova, Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova, Nərminə Səmədova, Nərmin Abbaslı.

Badminton - Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Keyşa Fatimə Zəhra, Era Məftuha.

Boks - Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Sərxan Əliyev, Murad Allahverdiyev, Loren Berto Alfonso Domingez, Məhəmməd Abdullayev, Anaxanım İsmayılova, Zeynəb Rəhimova, Məhsəti Həmzəyeva-Ağamalıyeva, Şəhla Allahverdiyeva, Aynur Rzayeva.

Cüdo - Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova.

Çimərlik futbolu - Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov.

Kamandan oxatma - Yaylagül Ramazanova.

Karate - Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva.

Kikboksinq - Elşad Şahbazov, Fərid Ağamoğlanov.

Qılıncoynatma - Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova, Saleh Məmmədov, Murad Əkbərov, Maksud Hüseynli, Ayxan Xasıyev, Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev.

Muay-tay - Emiliya Rzayeva, Məhəbbət Hümbətov, Xəyal Əliyev, Aysun Dərvişova.

Padel - Nərminə Bağırova, Samirə Əliyeva.

Taekvondo - Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova, Fəridə Əzizova.

Triatlon - Rostislav Pevtsov.

Azərbaycan nümayəndə heyəti Polşaya iyunun 20-də çarter reysi ilə yola düşəcək, iyulun 3-də isə Vətənə qayıdacaq. Yarışları işıqlandırmaq üçün ölkəmizdən 26 media nümayəndəsi də yollanacaq. 

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 2019-cu ildə Belarusun Minsk şəhərində keçirilib. Azərbaycan 285 idmançı ilə təmsil olunduğu ilk oyunlarda 56 medal, ikinci oyunlarda isə 82 idmançı ilə 28 medal qazanıb. 

writer photo
Əlirza Əlirzalı
0